Dünən polis xeyli silah-sursat aşkarlayıb
13 Dekabr 2025, 11:44
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
357
06.10.2022, 18:26
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən proses qapalı olub.
Təqsirləndirilən şəxs İlkin Süleymanovun vəkili Zabil Qəhrəmanov bildirib ki, məhkəmə iclasında şəxsi həyata aid məsələlər müzakirə olunduğuna, iş materiallarındakı bu haqda sənədlər araşdırıldığına görə iclas qapalı keçirilib.
Məhkəmədə, həmçinin, İlkin Süleymanovun telefonu ilə bağlı ekspert rəyi tədqiq olunub.
Rəydə göstərilib ki, İlkin Süleymanovun telefonundan internetdə cizgi filmlərinə, porno görüntülərə baxılıb. Vəkillər İlkin Süleymanovun telefonuna müdaxilə edildiyini bildirib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. Bildirib ki, 2020-ci il yanvarın 6-da axşam saat 20:00-dan sonrakı vaxtlarda İlkin Süleymanovun telefonunun harada olduğunu müəyyənləşdirmək üçün mobil operatora sorğu göndərilsin: "İlkin Süleymanov ifadəsində bildirib ki, yanvarın 6-da axşam saat 20.00 radələrində meyit tapılandan sonra onu da polis şöbəsinə aparıblar, telefonunu əlindən alıblar və o vaxtdan buraxılmayıb. İlkinin əleyhinə tutarlı sübutlar olmadığına görə dolayı sübutlar yaratmağa cəhd göstərilib. Təsəvvür edin, "Tom Cerri"yə cəmi 1 saniyə baxılıb. 1 saniyə ərzində uşağa nəyi göstərə bilərdi? Yaxud işdə bir tərəfdən iddia olunur ki, Nərmin ayın 4-də öldürülüb, amma o biri tərəfdən də ekspert rəy verir ki, yanvarın 5-də də cizgi filminə baxılıb? Ayın 5-də Nərmin öldürülmüşdüsə, nə ehtiyac vardı cizgi filminə baxmağa? Telefonun tədqiq olunması məsələsilə bağlı da suallar var. Telefona giriş üçün parol olub. O parol İlkindən necə alınıb? Müstəntiq prosessual şəxsdir, parolu götürürsə, bu rəsmiləşdirilməlidir".
Həmçinin oxuyun
Vəkilin sözlərinə görə, prosesdə məlum olub ki, İlkin Süleymanovun işi ilə bağlı Moskvadan alınmış ekspert rəyi iş materiallarında yoxdur. Hansı ki, həmin rəyin işə əlavə olunması haqda protokol var.
Məhkəmə prosesi oktyabrın 12-də davam edəcək.
İttihama görə, Tovuz rayonunun Dindar Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itin düşüb. 2020-ci il yanvarın 6-da onun yanmış meyiti kənd ərazisində aşkar edilib.
Qətldə şübhəli bilinən kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılıb. O Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, İlkin Süleymanov, sinif yoldaşı Şərif Quliyevin qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
13:07 / 13 Dekabr 2025
1
12:58 / 13 Dekabr 2025
21
12:16 / 13 Dekabr 2025
423
12:08 / 13 Dekabr 2025
46
11:44 / 13 Dekabr 2025
42
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
717
11:07 / 13 Dekabr 2025
331
10:25 / 13 Dekabr 2025
938
09:15 / 13 Dekabr 2025
824
09:06 / 13 Dekabr 2025
370
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
146
00:28 / 13 Dekabr 2025
142
00:14 / 13 Dekabr 2025
1084
00:01 / 13 Dekabr 2025
721
23:20 / 12 Dekabr 2025
645
23:12 / 12 Dekabr 2025
114
22:41 / 12 Dekabr 2025
14627
22:05 / 12 Dekabr 2025
154
21:58 / 12 Dekabr 2025
3106
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1163
19:20 / 12 Dekabr 2025
2275
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.